EKSTERYER

Eksteryer dizayn – binanın xarici görünüşünü cəlbedici edən bir çox detalın birləşməsidir. Bu detalların bir-biri ilə yaxşı birləşməsi, eyni üslubda harmoniya yaratması və ümumi memarlıq fikrini pozmaması çox vacibdir.

Evin fasadı, ətrafdakı mənzərə, ərazidəki digər yardımçı tikililər - bütün bunlar həm ev sahibləri, həm də evə gələn qonaqlar üçün müəyyən bir atmosfer və əhval-ruhiyyə bəxş etməlidir.

Bununla birlikdə, evin xarici görünüşünün özünəməxsus dizaynına əlavə olaraq davamlılığına, etibarlılığına və hava şəraitinə qarşı müqavimətinə də diqqət yetirmək lazımdır.

Arzularınızdaki eksteryer dizayn fikirləri dizaynerlərimizin kreativ idealarıyla birləşdikdə, zövgünüzü oxşayan bir nəticə sizi gözləyəcək. Mütəxəssislərimizin sizin istəklərinizi, torpaq sahəsinin landşaft xüsusiyyətlərini nəzərə alaraq hazırladığı 3D layihələr siə təqdim olunacaq.

Modern Daire Blok